Siyasət

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər

Sharing is caring!


Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilə bilər.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan yerli KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu çərçivəsində görüşdə rusiyalı həmkarları Sergey Lavrov da iştirak edə bilər.

“Mayın 19-da görüşün baş tutacağı dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil”, – deyə Ovannisyan bildirib.

Xatırladaq ki, bundan əvvəl mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın sülh müqaviləsinin mətnini müzakirə edəcəkləri ilə bağlı xəbər yayılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir