Dünya

Rusiyada qaz kəmərində partlayış: Ölən və yaralananlar var

Sharing is caring!


Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində qaz kəmərində təmir işləri aparılan zaman partlayış baş verib.

Nəticədə bir nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, hadisə Beloyarsk rayonunda, Lıxma qəsəbəsindən təxminən otuz kilometr aralıda, “Yelets-1” qaz kəmərinin təmir işləri aparılan hissəsində baş verib.

Hadisə yerində yanğınsöndürənlər və təmir xidmətləri işləyirlər.

Mənbə: “112” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir