Siyasət

İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşdü: “Səmimi və konstruktiv söhbət oldu” – FOTO

Sharing is caring!


İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan və İran xarici işlər nazirləri arasında konstruktiv danışıqlardan sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə də səmimi və konstruktiv söhbətim oldu.

Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, – deyə o paylaşımda qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir