İdman

De Byazi gedir, ya qalır?

Sharing is caring!


Sabah AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, toplantında əsas müzakirə mövzusu Azərbaycan millisinin son oyunlarda uğursuz çıxışı olacaq. İclasda yığmanın baş məşqçisi Canni De Byazinin hesabatı dinlənəcək.

Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə görə, İK baş məşqçi ilə yolları ayırmağı düşünür. Ancaq redaksiyamıza məsələ ilə bağlı fərqli informasiya daxil olub. Məlumatlı mənbələr bildirirlər ki, De Byazinin istefaya göndərilməsi gündəmdə deyil. İtalyan mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər postunda qalacaq. Düzdür, AFFA-da onun getməsini istəyənlər də var. Ancaq qalmasının tərəfdarları daha çoxdur.

Digər tərəfdən, müqaviləni pozmaq üçün De Byaziyə təzminat ödənilməlidir. Bu isə qurumun planlarına daxil deyil.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 məğlub olduqdan sonra azarkeşlər De Byazi ilə yolların ayrılmasını tələb edirlər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir