İqtisadiyyat

SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Sharing is caring!


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni enerji strategiyamızın müəllifi, ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, onlar dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anaraq məzarı önünə əklil və gül dəstələri qoyublar.

SOCAR-ın kollektivi, həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir