İdman

Mane “Liverpul”dan gedir

Sharing is caring!

Sadio Mane bu yay “Liverpul”u tərk edəcək.

Bunu idman jurnalisti Fabrisio Romano yazıb.

O, bildirib ki, cinah oyunçusu növbəti transfer pəncərəsində klubunu dəyişmək qərarına gəlib.

Məlumata görə, Mane üçün ən ciddi namizəd Münhen “Bayern”idir. Lakin Sadio indiyədək Çempionlar Liqasının finalını gözlədiyi üçün transfer hələ ki,  rəsmiləşdirilməyib.

“As”ın məlumatına görə, yarımmüdafiəçi turnirin finalında “Real”a uduzandan (0:1) sonra “Liverpul”la vidalaşıb. Futbolçu hər şeyə görə azarkeşlərə və məşqçiyə təşəkkür edib, komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Mane 2016-cı ildən “Liverpul”da çıxış edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir