Siyasət

Qaribaşvili: “Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır”

Sharing is caring!


“Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

Baş nazir qeyd edib: “Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimiz daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir