Siyasət

Bolqarıstanın eks-prezidenti: “Dünya pandemiya ilə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana minnətdardır”

Sharing is caring!

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi gözəl liderlik nümunəsi nümayiş etdirir. Dünya pandemiya ilə mübarizəyə verdiyi töhfəyə görə bu dövlətə minnətdardır”.

Bunu “Report”a Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev deyib.

O qeyd edib ki, Azərbaycan qarşısına səhiyyə sahəsində çox iddialı hədəflər qoyur:

“Biz dövlətin bu sahədə fəaliyyət planları haqqında eşitmişik. Azərbaycan xüsusi rola malikdir, çünki o, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının sədridir”.

R.Plevneliyev həmçinin region üçün çox mühüm hadisə olan X Qlobal Bakı Forumuna ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

“Burada müxtəlif dövlətlərin görkəmli siyasi xadimlərinin fikir mübadiləsi apardığını və ümumi nəticələrə gəldiyini görə bilərsiniz.

Amma forumun ən gözəl tərəfi onun tolerantlıq və qarşılıqlı anlaşma ruhunda keçirilməsidir. Dahi Nizami Gəncəvi də hamıya bunu öyrədirdi”, – Bolqarıstanın eks-prezidenti deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir