Dünya

Oxu.Az Hatay və Kahramanmaraşda: Xilasetmə işləri davam edir – VİDEO

Sharing is caring!

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən zərərçəkənlərin axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Oxu.Az-ın Hatay və Kahramanmaraş bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, gecə saatlarına baxmayaraq, xilasetmə işləri bir an dayanmayıb. 

İnsanlar aparılan işlərdə yaxınlarının xilas olmalarını gözləyirlər. 

Xilasetmə işləri bütün gecə boyu davam etdirilib.

Bu işlərdə AFAD-la yanaşı, Təcili Tibbi yardım və digər aidiyyəti orqanların əməkdaşları da yaxından iştirak ediblər.

Baş vermiş zəlzələdən əziyyət çəkən şəxslər gecəni küçələrdə keçiriblər.

Onlar ocaq qalayaraq başına yığışıblar.

Bildirilib ki, hadisədən zərərçəkənlər isti geyimlər və adyallarla təmin ediliblər.

Əməkdaşımız həmçinin İskenderunda baş verən yanğınların hələ də davam etdiyini qeyd edib:

Almaz Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir