Dünya

Türkiyə ABŞ-nin döyüş gəmiləri göndərdiyi bölgədə təlimlər keçirəcək

Sharing is caring!


Türkiyə Hərbi Dəniz Qüvvələri ABŞ-nin daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı iki hərbi gəmi göndərdiyi Şərqi Aralıq dənizində hərbi təlimlər keçirməyi planlaşdırır.

Məlumata görə, təlimlər oktyabrın 16-dan 20-dək baş tutacaq.

Bundan əlavə, oktyabrın 23-dən 27-dək Şimali Kipr Türk Respublikasının hərbçiləri ilə birgə təlimlər keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ Donanması Komandanlığı “Duayt Eyzenhauer” təyyarədaşıyıcısının Şərqi Aralıq dənizinə yola düşdüyünü və burada “Cerald Ford” təyyarədaşıyıcısına qoşulacağını bildirmişdi.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir