Siyasət

Rauf Abbasov: “Laçına gedən kimi doğmalarımın məzarını ziyarət edəcəyəm”

Sharing is caring!


“Laçına gedən kimi doğmalarımın məzarını ziyarət edəcəyəm”.

Bunu Oxu.Az saytına açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Rauf Abbasov deyib.

O qeyd edib ki, bu gün ailəsi ilə Laçın şəhərinə köç edir:

“Bu gün ailəmlə Laçın şəhərinə köçürük. Çox sevincliyik. Bu günü bizə yaşadan, bu günlərdə əməyi olan hər kəsin qarşısında baş əyirik, Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq”.

Xatırladaq ki, bu gün köçürülən keçmiş məcburi köçkünlər də daxil olmaqla Laçın şəhərinə 272 ailə (1052 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir