Cəmiyyət

Masallıda qaçırılan qız tapılıb

Sharing is caring!

Masallıda qaçırılan qız tapılıb.

APA xəbər verir ki, sosial şəbəkələrdə Masallı rayonunun Ərkivan qəsəbə sakini 2005-ci il təvəllüdlü S.Tağıyevanın repetitor yanından evə qayıdarkən kənd yolunda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə xəbərlər yayılıb. Qızın qaçırılması barədə dərhal Masallı Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar məlumatlandırılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın Cənub bürosuna bildirib ki, həmin müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib.

Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir