Siyasət

Küveytli jurnalist: “Ermənilərin məscidləri dağıtması bütün müsəlman dünyasına qarşı təxribatdır”

Sharing is caring!

“Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılması təkcə azərbaycanlılara münasibətdə deyil, bütün müsəlman dünyasına qarşı təxribatdır”.

Bunu “Report”a Küveytin “An-nahr” qəzetinin əməkdaşı Samirə Frimeş məlumat verib.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görəndə çox kədərləndiyini bildirib: “Küveytdə işimlə əlaqədar olaraq Qarabağda baş verənlər haqqında çox eşitmişəm. Amma özünüz də gözəl başa düşürsünüz ki, eşitmək və öz gözlərinizlə görmək tamamilə fərqlidir”.

S.Frimeş Azərbaycanda daha əvvəllər olsa da, Qarabağa ilk dəfə səfər etdiyini vurğulayıb: “Allaha şükür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, biz Azərbaycan xalqı üçün çox sevinirik. Cəmi 8 ay ərzində tikilmiş Füzuli hava limanınını görməkdən şadam. Bu, həqiqətən möcüzədir. Azərbaycan hökumətinin bu ərazilərin bərpası üçün gördüyü işlər heyrətamizdir”.

Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist bu gün Füzuli rayonuna səfər edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir