Cəmiyyət

Qaradağda qanunsuz torpaq daşınması faktı müəyyən edilib – FOTO

Sharing is caring!


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində “KamAZ” markalı 99-HL-204 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz torpaq daşındığı müəyyən edilib.

Bu barədə xidmət rəsmisi Qafar Ağayev bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub.

Nəqliyyat vasitəsinin sürücüsünün kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir