Siyasət

Azərbaycan xilasedicisi: “Qrupumuz gün ərzində Kahramanmaraşda biri uşaq olmaqla beş nəfərin meyitini çıxarıb”

Sharing is caring!

“Bu gün bizim qrup Kahramanmaraş şəhərinin Harunlar məhəlləsindəki binaların dağıntıları altından biri uşaq olmaqla 5 nəfərin meyitini çıxartdı”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissənin komandiri Zəfər Mustafayev deyib.

O bildirib ki, hazırda Azərbaycan xilasediciləri Kahramanmaraşda dayanmadan axtarış-xilasetmə işlərini aparır:

“Prezident İlham Əliyevin taprışığına əsasən Türkiyədə baş vermiş zəlzələnin aradan qaldırılması istiqamətində gecə-gündür var gücümüzlə çalışırıq. Təbii ki, biz burada zamanla yarışırıq. Çalışırıq ki, dağıntılar arasında qalmış insaları sağ-salamat aşkarlayaraq çıxardaq. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdiririk”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir