Dünya

İngiltərə Premyer Liqasından Türkiyədə zəlzələ qurbanlarına dəstək

Sharing is caring!

İngiltərə Premyer Liqasının rəhbərliyi Türkiyədə zəlzələdə həyatını itirənlərin xatirəsini yad edəcək.

Bu məqsədlə oyunçular liqanın bu həftə oynanılacaq matçlarına qara lentlə çıxacaq və zəlzələ qurbanlarına maddi yardım ediləcək.

Bu barədə Premyer Liqadan açıqlama verilib.

“Premyer Liqa Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən dərin kədər hissi keçirir. Premyer Liqa oyunçuları və hakimlər bu faciəvi hadisələrdə zərər çəkənlərə və həyatını itirənlərə hörmət əlaməti olaraq bu həftəsonu oynanılacaq matçlarda qollarına qara sarğı taxacaqlar”, – deyə açıqlamada qeyd edilib.

İngiltərə Premyer Liqası rəhbərliyi həmçinin bildirib ki, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon funt sterlinq maddi yardım ediləcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir