Siyasət

Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının Ali Ordeni” təqdim edilib – VİDEO

Sharing is caring!

Bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova türk dünyasına xidmətlərinə görə “Türk Dünyasının Ali Ordeni” təqdim edilib.

Bu münasibətlə təşkil olunan mərasimdə çıxışı zamanı Türkiyə lideri Qarabağ mövzusuna və orada görülən işlərə də toxunub.

“Qarabağda çox ciddi mübarizə aparan və bu mübarizəni ən yaxşı şəkildə davam etdirən qardaşım (Azərbaycan Prezidenti) İlham Əliyevin iki il ərzində bu mübarizədə nələrə nail olduğunu, nələri ortaya qoyduğunu görürük”, – deyə o bildirib.

Dövlət başçısının sözlərinə görə, onun özü regionda müxtəlif tədbirlərə qatılarkən hansı işlərin görüldüyünün şahidi olub.

“Bunları görəndə bir türk olaraq fəxr etdim. Qısa müddətdə qazanılan bu cür uğurlar, həqiqətən, bizim üçün qürur mənbəyi oldu”, – deyə Türkiyə prezidenti əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir