Siyasət

Ukraynalı ekspert: “Qərb ölkələrindən olan dostlarımız Azərbaycanla Ermənistana yardım etməlidirlər” – FOTO

Sharing is caring!

“Praqada Azərbaycanla Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı ekspert Taras Berezovets bildirib.

“BMT-yə daxil olan ölkələrin əksəriyyəti bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət məqam kimi qeyd edə bilərik. Ümid edək ki, Ermənistan yaxın keçmişin acı təcrübəsindən dərs götürəcək və sərhədlərin toxunulmazlığı prinsipini təkcə de-yure deyil, həm də de-fakto qəbul edəcək. Erməni xalqı da bunu qəbul etməlidir. Beləliklə, qonşu ölkələr olan Ermənistanla Azərbaycan sülh və razılıq şəraitində yaşamalıdırlar”.

O vurğulayıb ki, tərəflər yeni səhifə açmalıdırlar:

“Doğrudur, bu, çox çətin olacaq. Bu məsələdə iki ölkəyə Qərb ölkələrindən olan dostlarımız yardım göstərməlidirlər. Söhbət ilk növbədə Cənubi Qafqazda sülhün yaranmasında maraqlı olan Aİ və ABŞ rəhbərliyindən gedir”.

Onun sözlərinə görə, uzunmüddətli sülhün bərqərar olması üçün ciddi səylərə və böyük zamana ehtiyac duyulur:

“Əlbəttə, Azərbaycanla Ermənistanın çox sayda düşməninin olduğunu anlayırıq. Şübhəsiz, Rusiya və İran güclü rəqiblərdir. Odur ki, onlar vəziyyətə müdaxilə etməyə, sabitliyi pozmağa çalışacaqlar. Hər halda, Praqa görüşündə müsbət nəticələr əldə olunub. Ukrayna dövləti və cəmiyyəti bu razılaşmaları alqışlayır. Cənubi Qafqazda sülhün yaranması, bu regionda əsas müttəfiqimiz olan Azərbaycanın sabitliyi və təhlükəsizliyinin təmin edilməsi Ukraynanın da maraqlarına cavab verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir