İdman

Harri Keyn rəsmən “Bavariya”da – VİDEO

Sharing is caring!


“Bavariya” “Tottenhem”in futbolçusu Harri Keyni transfer edib.

Bu barədə Münhen klubunun saytı məlumat yayıb. Bildirilib ki, İngiltərə millisinin hücumçusu ilə dördillik müqavilə imzalanıb.

Transferin maliyyə detalları açıqlanmayıb. Lakin müxtəlif mənbələr bu keçid üçün “Bavariya”nın 120 milyon avro ödədiyini yazıblar.

“Tottenhem”in yetirməsi olan Keyn ötən mövsüm bütün turnirlərdə 49 matçda 32 qol vurub, beş məhsuldar ötürmə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir