İdman

Boyan Letiç: “Bu qol mənim uşaqlıq xəyalım idi” – VİDEO

Sharing is caring!


“Partizan”a vurduğum qol uşaqlıq xəyalım idi”. 

Bu sözləri “Sabah” – “Partizan” oyunundakı fantastik qolun müəllifi, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç Sports.az-a verdiyi müsahibəsində deyib.  

–  Oyundan əvvəl çoxları “Partizan”ı daha güclü sayırdı, avrokubokların debütantı “Sabah”a isə o qədər də inanmırdı…

– Bəli, bir çoxu “Partizan”ı favorit kimi görürdü. Bu da başadüşüləndir. Rəqib böyük tarixə və kifayət qədər avrokubok təcrübəsinə malik köklü klubdur. Biz onların ad-sanına baxmadan meydana çıxıb mübarizə apardıq və ilk matçdan qələbə ilə ayrılmağı bacardıq. 

– “Partizan” üzərində inamlı qələbənin sirrini nədə görürsünüz?

– Komanda olaraq öz oyunumuzu oynadıq. Əvvəlcədən planlaşdırılan, bizə tapşırılan bütün göstərişləri yerinə yetirdik və bununla da bizə sərf edən nəticəni əldə etdik.

– Qələbəyə böyük töhfə verən qolu vurdunuz. Həm də çox gözəl, çox mükəmməl bir zərbə alındı. RFS ilə oyunda isə “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifi olmuşdunuz. Amma karyeranız ərzində bunacan o qədər də çox qol vurmamısınız. Hansı hissləri keçirirsiniz? 

– “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifi oldum və klubun tarixinə düşdüm. Möhtəşəm hisslərdir. O ki qaldı “Partizan”a vurduğum qola, bu, mənim uşaqlıq xəyalım idi. 

– Cavab matçından gözləntiləriniz? Serbiyada oynamış bir futbolçu kimi necə düşünürsünüz, Bakıdakı möhtəşəm oyunu Belqrad da göstərmək mümkündürmü?

– Cavab matçı çox çətin olacaq. Düzdür, ilk oyundan sonra bizim iki top üstünlüyümüz var. Lakin bu heç nəyi həll etmir. Cavab oyununda maksimum motivasiyalı, konsentrasiyalı olmalı, ilk qarşılaşmadakı kimi öz oyunumuzu sərgiləməliyik.

– Komandanızın avrokuboklarda debüt mövsümündəcə qrup mərhələsinə düşəcəyinizə inanırsız?

– Düzü, indidən bu barədə danışmaq tezdir. Əsas məqsədimiz maksimum uğurlu nəticə göstərmək, oyundan-oyuna inkişaf etməkdir. İndi bizim əsas hədəfimiz “Partizan”la cavab görüşündən yaxşı nəticə ilə ayrılaraq bu mərhələni keçməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir