Cəmiyyət

Atasının qətlində təqsirləndirilərək cəzadan azad edilən şəxs yenidən hakim qarşısında

Sharing is caring!


İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 5-nə təyin edilib.

Şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü il C.Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb.

C.Bədirxanov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir