Dünya

ABŞ-dan Çini illərlə geri salacaq gözlənilməz texnoloji zərbə

Sharing is caring!

ABŞ Prezidenti Co Baydenin administrasiyası Çin mallarına yeni ixrac nəzarəti elan edib. Bununla ABŞ texnologiyasından istifadə etməklə hazırlanan yarımkeçiricilərin Çinə tədarükü qadağan olunur.

Qaydalar dərhal qüvvəyə minib. Onlar “KLA Corp”, “Lam Research Corp”, “Applied Materials Inc” və digər istehsalçılara öz avadanlıqlarını Çinin çip fabriklərinə çatdırmaq qadağasına əsaslanır. Yeni tədbirlər “Nvidia” və AMD kimi böyük korporasiyalardan ABŞ avadanlıqlarının ixracını məhdudlaşdıracaq.

Sanksiyalar Çinin çip və mikroçip sənayesini ciddi şəkildə yavaşlada bilər. Ekspertlərin fikrincə, bu, çinliləri illərlə geri salacaq.

Bundan əlavə, Ağ Ev Çinin ən böyük çip istehsalçısı YMTC-ni və daha 30 şirkəti “yoxlanılmamış” qurumlar siyahısına əlavə edib. Beləliklə, onların məhsulları ABŞ-ın müvafiq orqanları tərəfindən yoxlanıla bilməz, buna görə də Ştatlarda şirkətlər tərəfindən istifadə edilə bilməz.

Həmçinin superkompüterlərdə istifadə olunan bir çox mikroprosessorlar da Çinə verilməyəcək. Bunun Çinin məlumat mərkəzlərinə ciddi təsir edəcəyi gözlənilir.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir