Cəmiyyət

Məleykə Abbasova: “Ali təhsildə məzmun əmək bazarının tələblərinə uyğun dəyişdirilməlidir”

Sharing is caring!

“Hər bir ölkədə 2,5 faiz fitri istedad sahibi olan insan var. Lakin buna təkan verən nüanslardan biri də təhsil sistemlərinin güclü olmasıdır. Təhsilin məzmunu çox vacibdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycanda İlon Masklar yetişə bilərmi?” sualına cavabında deyib.

O bildirib ki, 2,5 faiz istedadlı insanı itirməmək üçün sağlamlıq problemləri olmamalıdır:

“Bu cür insanların sayının artırılması üçün hökumət öz tərəfindən lazım olan siyasəti həyata keçirir. Hökumət elə addımlar atır ki, insanlar bu fürsətlərdən bəhrələnə bilərlər. Bu gün bizə vacibdir ki, ali təhsildə məzmun əmək bazarının tələblərinə uyğun dəyişdirilməlidir. Bu bizim üçün lokal plan ola bilər. Təhsil sistemimizdə artıq bu tətbiq edilir və ən müasir universitetlərlə birgə ikili diplom siyasətini həyata keçirir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir