Dünya

“İlin adamı” mükafatına namizədlər açıqlandı

Sharing is caring!


ABŞ-nin “Time” jurnalı “İlin adamı” mükafatına namizədlərin qısa siyahısını açıqlayıb.

Siyahıda doqquz namizəd yer alıb. Onların arasında Rusiya prezidenti Vladimir Putin, Böyük Britaniya kralı III Çarlz, Barbi gəlinciyi, amerikalı müğənni Teylor Svift, Çin prezidenti Si Cinpin, “CHatGPT”nin tərtibatçısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da var.

Qeyd edək ki, “Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski, 2021-ci ildə isə sahibkar İlon Mask bu ada layiq görülüb.

Mükafatın birinci sahibi 1927-ci ildə tarixdə ilk dəfə Atlantik okeanını təkbaşına keçən amerikalı pilot Çarlz Lindberq olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir