Secme Xeberler

Bakı sahilində Qərb üslublu – Mənim dənizim bir gün

Yaxın günlərdə yeni daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov vəzifəsindən azad olunacaq.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Gununsesi.org saytı məlumat yayıb.
Xəbərə görə, Ramiz Zeynalovun yerinə təyinat alacaq şəxsin kimliyi də bəlli olub. Bu şəxs Bakı Şəhər Baş Dövlət Yol polis İdarəsinin rəisi Nuşirəvan Səfərovdur.

Qeyd edək ki, R. Zeynalov 1951-ci ildə anadan olub və hazırda 68 yaşı var. 1994-cü ilin avqust ayından – 25 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Bunlardan biri də “My Beach- Novxanı” istirahət mərkəzidir.   “My Beach” Bakının ən populyar çimərlik zonalarından sayılan Novxanıda yerləşir. İstirahət mərkəzinə girişdə  gülərüz personal qonaqları qarşılayaraq, onları ərazidə yerləşən hotel, restoran, hovuz və s. ötürür. Qeyd edək ki, bir çox digər mərkəzlərdə insanlar hələ də qanunsuz olaraq dəniz sahilinə buraxılmasa da, “My Beach”də qumlu dəniz sahilinə giriş pulsuzdur. Müəssisənin rəhbərliyi “Dəniz xalqındır, biz sadəcə xidmət göstəririk” deyə, arzu edən hər bir şəxsi heç bir ödəniş olmadan, xüsusi qulluq göstərilən, vaxtlı-vaxtında təmizlənən sahilə buraxır. Dəniz sahilinə gedənlər arzu etdikləri təqdirdə, müəyyən məbləğ müqabilində siz müəssisənin xidmətlərindən istifadə edərək, uzanmaq üçün kürsülərdən, stol-stul, çətir və s.  götürə bilərlər.

Əgər “My Beach”in nəzdində fəaliyyət göstərən “Aquaparka” girmək istəyirsinizsə, həftə içi giriş sizə 20 manata başa gələcək. Həftəsonu isə bu qiymət 25 manata qalxır. 6-12 yaş uşaqlar üçün “Aquapark”a giriş qiyməti standart olaraq 15 manatdır. 6 yaşadək uşaqlara isə giriş pulsuzdur. Bu qiymətə ümumi hovuz, uşaqlar üçün olan hovuz, köşk, stol-stul, attraksionlar (uşaqlar və böyüklər üçün), dənizkənarı çətirlər, dalğa hovuzu və istirahət kürsülərindən (lejanka) istifadə  daxildir. Müəssisədə hovuzlarda təhlükəsizlik qaydalarına xüsusilə diqqət edilir. Belə ki, hovuzlara 4 nəfər xilasedici nəzarət edir. Bununla yanaşı, müəssisənin mühafizə xidməti də var. Yəni siz bura daxil olduqdan sonra təhlükəsizliyiniz əmin əllərdə olur. Məhz ziyarətçilərin təhlükəsizliyinin qorunması məqsədilə, giriş zamanı kənar əşyaların keçirilməsinin qarşısının alınması üçün çantalar diqqətlə yoxlanılır. İstirahət mərkəzində diqqət çəkən məqamlardan biri də xidmət personalının müştərilərlə davranışıdır. Bu barədə gələn yazıda oxuya biləcəksiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir