AKTUAL

Ramiz Zeynalov vəzifəsindən azad olunur yerinə Nuşirəvan Səfərov gətirilir

Sharing is caring!

Yaxın günlərdə yeni daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov vəzifəsindən azad olunacaq.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Gununsesi.org saytı məlumat yayıb.
Xəbərə görə, Ramiz Zeynalovun yerinə təyinat alacaq şəxsin kimliyi də bəlli olub. Bu şəxs Bakı Şəhər Baş Dövlət Yol polis İdarəsinin rəisi Nuşirəvan Səfərovdur.

Qeyd edək ki, R. Zeynalov 1951-ci ildə anadan olub və hazırda 68 yaşı var. 1994-cü ilin avqust ayından – 25 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir