Sənaye və energetika

ABŞ neft emalı bazarında ilk dəfə liderliyini əldən verə bilər

Sharing is caring!

ABŞ gələn il neft emalı bazarında liderliyi itirərək mövqeyini Çinə verə bilər.

 Rusiya mətbuatının verdiyi məlumata görə, ABŞ XIX əsrin ortalarında neft erasının başlanğıcından bəri neft emalı üzrə mübahisəsiz lider olub. Buna baxmayaraq, mütəxəssislər 2021-ci ildə Çinin bu mövqeyi tutacağını proqnozlaşdırır. Bu dəyişiklik o cümlədən Çində hazırda 4 yeni neft emalı zavodunun tikilməsi, ABŞ-da isə bu cür müəssisələrinin bağlanılması hesabına baş verə bilər.

Çin neftayırma zavodlarının ümumi gündəlik gücü 1,2 mln. barelə çata bilər ki, bu da bütün Böyük Britaniyanın neft emalı deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir