Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün danışıqlar aparılır

Sharing is caring!


“İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün danışıqlar aparırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, investorlar MDB, Türkiyə, İsrail və Rusiyadandır:

“Bizim turizmlə bağlı təşviq mexanizimlərimiz var.  Turizmə investisiyaların yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparılır”.

O qeyd edib ki, Şəki şəhəri ilə bağlı bir neçə investor maraq göstərir:

“Bu, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır. Bu, dövlət və özəl sektorun partnyorluğu sahəsində icra olunan layihələrdir. Hazırda onlar müzakirə edilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir