Cəmiyyət

Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq – FOTO

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq.

Oxu.Az xəbər verir ki, kompleksin layihəsi noyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə təqdim olunub.

Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq.

Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir