Siyasət

ABŞ Senatında Azərbaycana hərbi yardımı qadağan edən akt qəbul olundu

Sharing is caring!


ABŞ Senatı 2023-cü il üçün Ermənistanı Müdafiə Aktını qəbul edib.

Konqresin yuxarı palatasının saytının veridiyi məlumata görə, senatorlar ABŞ prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.

Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə və 2024-2025-ci illər üçün büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.

Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir