Müharibə

Zakir Həsənov: “Ermənistanla sərhəddə hər hansı təxribata dərhal cavab tədbirləri görülür”

Sharing is caring!

Azərbaycan-Ermənistan sərhədində hər hansı təxribata dərhal adekvat cavab tədbirləri görülür.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

“Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür”, – nazir vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir