Dünya

Politoloq: “İran mədəni hüquqlarını məhdudlaşdırmaqla azərbaycanlıları sıxışdırır”

Sharing is caring!

“İranda xeyli sayda azərbaycanlının yaşamasına baxmayaraq, bu ölkənin məktəblərində Azərbaycan dili dərsləri keçirilmir ki, bu da açıq şəkildə onların mədəni hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.

“Report” xəbər verir ki, bunu politoloq Rövşən İbrahimov deyib.

Onun sözlərinə görə, qonşu ölkədə Azərbaycan dilində tədrisin olmaması həm də İranın özünün Konstitusiyasının pozulmasıdır.

“15-ci maddənin 2-ci fəslinə əsasən, ölkənin dövlət dili olan fars dili ilə yanaşı, KİV-də digər regional dillərdən də istifadə etmək, habelə məktəblərdə bu dillərdə danışanların ədəbiyyatını tədris etmək hüququ var. Amma hazırda bunların heç biri edilmir”, – politoloq bildirib.

R.İbrahimov qeyd edib ki, Güney Azərbaycanda türk (Azərbaycan) dilinin tədris olunduğu yalnız bir neçə özəl kurs var.

Ekspertin fikrincə, İran hakimiyyəti şovinist siyasət yürüdür, ölkədə yaşayan digər xalqları və etnik qrupları sıxışdırır, onların hüquqlarını tapdalayır.

“Azərbaycan bu problemi həll etmək üçün bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də məsələ qaldıra bilər”, – R.İbrahimov əlavə edib.

R.İbrahimov sonda qeyd edib ki, İranın Azərbaycanla münasibətlərini korlaması axmaqlıqdır.

“Onlar heç vaxt təzyiqlə nəyəsə nail ola bilməyiblər. İki ölkə arasında əldə edilən hər şey yalnız əməkdaşlıq və qarşılıqlı maraqla həyata keçirilib”, – o söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir