Cəmiyyət

Göyçay sakini özünü güllələyib

Sharing is caring!

Göyçay rayon sakini ehtiyatsızlıqdan tüfənglə özünü yaralayıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Yalman kənd sakini, 1968-ci il təvəllüdlü Seyfəddin Salmanov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ayağından xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir