Müharibə

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO

Sharing is caring!


Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib.

Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olub. Qonaqlar institutun və mərkəzin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə məlumatlandırılıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir