Müharibə

General-mayor: “Mühəndis Qoşunları bu il 6 800 hektardan çox ərazini minadan təmizləyib”

Sharing is caring!


Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının istehkam bölmələri bu il 6 800 hektardan çox ərazini minadan təmizləyib.

Bunu “Report”a açıqlamasında Mühəndis Qoşunlarının Baş İdarə rəisi general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu əraziləri hazırda Mühəndis Qoşunlarının Xüsusi Minatəmizləmə Taborunun istehkam bölmələrinin həm xüsusi yetişdirilmiş itləri, həm də istehkamçıları minadan təmizləyirlər:

“Bu il ərzində istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə 6 800 hektardan çox ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib, 234 ədəd piyada, 706 ədəd tank əleyhinə mina və 1 405 ədəd partlamamış müxtəlif çaplı döyüş sursatları müəyyən edilərək zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə tapılmış partlamamış döyüş sursatlarının bir qismi də “Gödəkburun” poliqonunda məhv edilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir