Müharibə

Bakıda yaşamış erməniəsilli qadın: “Miatsum” bizim həyatımızı məhv etdi” – VİDEO

Sharing is caring!


Bu gün müxtəlif ölkələrdə Azərbaycandan köçən ermənilərə rast gəlmək mümkündür.

Söhbət hələ illər əvvəl köçənlərdən gedir. Onların heç də hamısı Azərbaycana sevgi ilə yanaşmır. Amma bəziləri də var ki, burada keçirdiyi illərin həsrətini çəkir.

1988-ci ildə azərbaycanlılar Ermənistandan zorla qovulanda, ermənilər də Azərbaycanı tərk edirdi. Özü də indiki kimi çox rahat şəkildə. Bakıdakı həyatını qoyub gedənlərdən biri də Stella Mirakyan olub. O, hazırda Moskvada yaşayır.

Stella Mirakyan Azərbaycanın İTV kanalının Rusiyadakı xüsusi müxbirinə müsahibəsində azərbaycanlıların ermənilərə yaxşı münasibətini unutmadığını deyir. 

“Azərbaycanda bizim həyatımız çox yaxşı keçirdi, çox yaxşı yaşayırdıq, işləyirdik. Hətta Sumqayıtda hadisələr baş verəndə belə biz bunu hiss etməmişik. Qonşularımız o qədər yaxşı insanlar idilər ki…” – deyə xatirələrini danışan Stella Mirakyan vurğulayıb.

O əlavə edib ki, əgər “Miatsum” ideyası olmasaydı, ermənilər bu gün də Azərbaycanda yaşayardılar.

“Miatsum” hər şeyi məhv etdi”, – deyə Stella Mirakyan qeyd edib.

Ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir