Cəmiyyət

“Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı”nın Festival Günləri baş tutacaq

Sharing is caring!


“PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı”nın Festival Günləri baş tutacaq.

“PAŞA Holding”in dəstəyi ilə üç ayı əhatə edəcək olan multidisiplinar festivalın əsas məqsədi həssas qrupu – valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı, dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

İlk mərhələdə peşəkar təlimçilər tərəfindən sahibkarlığın hüquqi aspektləri, satış texnologiyalarından istifadə, dayanıqlı maliyyə menecmenti, biznes-planın hazırlanması, biznes etikası, brendinq kimi mövzularda sessiyalar keçirilib. Sentyabr ayı ərzində fəaliyyətlərinə dəstək məqsədilə sahibkarlar mentorla təmin ediliblər və onlayn mentorluq görüşləri baş tutub.

Üç aylıq (avqust-oktyabr) inkişaf yolunu əhatə edən multidisiplinar layihədə 14-40 yaş arası 80 qadın  sahibkar iki mərhələni: “Təlim”, “Onlayn mentorluq” başa vurublar və layihənin üçüncü mərhələsi olan Festival Günləri çərçivəsində baş tutacaq satış sərgisində alıcıların qarşısına nəzərəçarpan inkişafla və professional brend olaraq çıxmağa tam hazırdırlar.

Qeyd edək ki, sərgidə “Qadınlar qadınlar üçün” və “Qadınlar biznesdə” mövzuları ilə çıxışlar, musiqi qruplarının ifası, tərəfdaşlarımızdan endirim və hədiyyələr, əyləncəli fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, festivalın 11 Oktyabr – Beynəlxalq Qız Uşaqları Günü ilə eyni həftəyə təsadüf etməsi ilə bağlı festival zamanı “Stereotipləri qıran qızlarımız” guşəsi də təşkil olunacaq.

Satış sərgisi haqqında ətraflı məlumat:

Tarix: 14-15 oktyabr, 2023

Saat: 14:00-19:00

Məkan: Passage 1901.

“Woman Bazaar 3” festivalı haqqında əlavə məlumatlar üçün sosial mediada bizi izləyin:

“Instagram”: https://bit.ly/48x4Dt2

“Facebook”:  https://bit.ly/3EVZnRS

“Twitter”: https://bit.ly/3PRXAno

Qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs bu sərgiyə dəvətlidir.

İŞTİRAK ÖDƏNİŞSİZDİR!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir