Dünya

“The Wall Street Journal”: “İran İsrailə hücumun planlaşdırılmasında HƏMAS-a kömək edib”

Sharing is caring!


“İran oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında HƏMAS-a kömək edib, həmçinin, oktyabrın 2-də Beyrutda keçirilən toplantıda hücumun həyata keçirilməsinə dəstək verib”.

Bununla bağlı Amerikanın “The Wall Street Journal” qəzeti HƏMAS və “Hizbullah” hərəkatlarının yüksəksəviyyəli rəsmilərinə istinadən iddia irəli sürüb.

Qəzetin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri avqust ayından HƏMAS nümayəndələri ilə planın təfərrüatını hazırlayıblar. Görüşlər Beyrutda baş tutub.

WSJ iddia edir ki, İranın bu işdə əlinin olması barədə məlumatı hətta adı açıqlanmayan avropalı məmur və Suriya hökumətinin bir müşaviri də təsdiqləyiblər.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken İranın İsrailə hücumda əli olduğuna dair ABŞ-də hər hansı dəlilin olmadığını bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir