Siyasət

Paşinyan: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”

Sharing is caring!


“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan  Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Şimonite ilə birgə brifinqdə bəyan edib.

“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün mahiyyətcə yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, – Paşinyan bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir