Müharibə

ANAMA: Ötən həftə 271 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, mayın 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21 mina, tank əleyhinə 17 mina və 96 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir