İdman

“Bavariya” və “Milan”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

İlk oyun günündə 1/8 finalın iki matçı keçirilib. Hər iki qarşılaşma Türkiyə və Suriyada zəlzələ nəticəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Mərhələnin ən diqqətçəkən görüşü Parisdə baş tutub. Burada 2019/2020 mövsümünün finalçıları Fransa PSJ-si ilə Almaniya təmsilçisi “Bavariya” birincilərin meydanında üz-üzə gəliblər. Parislilərin əsas heyətində  yer alan fransalı yarımmüdafiəçi Uorren Zair-Emeri Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən ən gənc oyunçu (16 yaş 343 gün) olub. Qarşılaşmanın nəticəsinə gəlincə, matç qonaqların minimal hesablı üstünlüyü ilə bitib – 0:1. Oyunun 57-ci dəqiqəsində Mbappenin meydana çıxması da PSJ-ni məğlubiyyətdən xilas edə bilməyib. Hərçənd, hücumçu fərqlənsə də, VAR sisteminin köməyilə onun qolu ləğv edilib. Qarşılaşmanın əlavə olunmuş dəqiqələrisə münhenlilərin futbolçusu Pavarın qırmızı vərəqə alması ilə yadda qalıb.

Paralel keçən qarşılaşmada İtaliya çempionu “Milan” İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edib. Burada oyunun taleyini ev sahiblərinin erkən qolu həll edib. Diaz artıq 7-ci dəqiqədə italyanların qələbə topunu vurub – 1:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1

“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir