Kriminal

Həbsxana yoldaşının oğlunu aldadan şəxsə AĞIR CƏZA

Sharing is caring!


Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qismət Əliyevin (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin (CM) 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası Nizami Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, təqsirləndirilən şəxs üzərində qəti olaraq, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, Qismət Əliyev 2020-ci ilin may ayının əvvəllərində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə həmin müəssisədə cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə CM-in 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Göygöl rayonunun Topalhəsənli kənd sakini Vaqif Qafarovun (ad və soyadı şərti) yaxın qohumlarının əmlakını ələ keçirmək qərarına gəlib.

Belə ki, o, həmin şəxsin oğlu zərərçəkmiş Niyaməddin Qafarovun (ad və soyadı şərti) mobil telefon nömrəsini öyrənib və cəzaçəkmə müəssisəsində olan telefonla ona zəng edib əlaqə yaradaraq, özünü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Anar adlı həkimi kimi təqdim edib. Qismət Niyaməddinə atasının adını Azərbaycan Prezident Aparatında işləyən qohumlarının köməkliyi ilə 35 000 manat pul qarşılığında Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının siyahısına daxil etdirəcəyini yalandan vəd verib. O, bu yolla Niyaməddindən ümumilikdə 26 182 manat məbləğində pul alıb.

Qismət Əliyev məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir