Müharibə

Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

Sharing is caring!


Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.

Bu barədə şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, görüş Tex-Kornidzor ərazisində baş tutub.

“Sərhədlərin dəqiqləşdirilməsi üçün işlər aparılıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir