Dünya

Əfqanıstan – Pakistan sərhədində toqquşma: Ölənlər var

Sharing is caring!

Əfqanıstan – Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında minaatanlarla hücum nəticəsində azı dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, radikal “Taliban” hərəkatının tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə hələ də davam edir.

Hər iki tərəfdən itkilərin dəqiq sayı açıqlanmır. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.

Digər mənbələr sərhəddə toqquşmaların bir saat davam etdiyini və artıq dayandığını bildirirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir