Müharibə

Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər – FOTO/VİDEO

Sharing is caring!

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib. “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir