Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin Rusiyaya girişi 50 il qadağa qoyulub.
Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, hazırda Dubayda yaşayan müğənni bir ifadənin qurbanı olub.
Məlumata görə, qala gecəsində çıxış edən ifaçıya bir Ukrayna vətəndaşı “Ukraynaya eşq olsun!”, – deyə xitab edib.
Valeri isə cavabında “Qəhrəmanlara eşq olsun!”, – deyib.
Bu isə Rusiya qanunvericiliyinə görə Ukraynaya dəstək anlamını verir.