Cəmiyyət

Qubadlının azad olunması Vətən müharibəsində dönüş nöqtəsi oldu

Sharing is caring!

        Qubadlı 2020-ci il oktyabrın 25-də erməni işğalından azad edilmişdir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dəkQubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

        Azərbaycanın dilbər guşələrindən olan,  ulu dağların qoynunda  yerləşən Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir, XVI əsrin sonunda  Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını  daşıyır. 

        Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Ulu babalar bu abidələri tarixin  kitabələri hesab etmişlər. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 belə abidə var. “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr özünün tarixi əhəmiyyəti ilə seçilir. Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Azərbaycan xalqının unudulmaz xalq  qəhrəmanı Qaçaq Nəbinin yurdudur.

         Vətən müharibəsinin nəticələri onu göstərdi ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.

        Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Dördzolaqlı yol yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.

         Bəli, biz həmişə güclü olmuşuq, bizə heç kəs bata bilməz. Qoy nəsillər bisin ki, Qubadlı Odlar diyarının qəhrəmanlıq qalasıdır.

      Xalid Hüseynov,

YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir