MARAQLI

İsrailin kosmik proqramının keçmiş rəhbəri: Yadplanetlilər aramızda yaşayır

Yadplanetlilər ABŞ hökuməti ilə müqavilə bağlayıblar və insanlar arasında yaşayırlar. Bəşəriyyət buna hazır olduqda onlar özlərini elan edəcəklər.

Jerusalem Post”un məlumatına görə, bu barədə İsrailin kosmik proqramının keçmiş rəhbəri Haim Eşed bildirib.

“UNO-lardan burada olduqları barədə məlumat yaymamaları istənilib. İnsanlıq hələ hazır deyil”, – deyə o, əlavə edib.

81 yaşlı professorun dediyinə görə, yadplanetlilərin Marsda gizli bazası var.

Qeyd edək ki, Haim Eşed hazırda İsrail təhlükəsizlik xidmətinin əməkdaşıdır. O, 30 il boyunca Müdafiə Nazirliyinin kosmik proqramına rəhbərlik edib. Bundan əlavə, Eşed doktorluq dərəcəsi alıb və Aşer Texnion Kosmik Tədqiqat İnstitutunun professorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir