MARAQLI

Qazaxıstan sakinləri bir gün “qocaldılar” – SƏBƏB

Sharing is caring!


Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün “qocalıblar”. Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

Bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, “eGov” dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

“Hazırda ekspertlər bunu araşdırır”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.

Mənbə: nur.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir