Cəmiyyət

Suraxanıda Dəmiryolu xəttinin keçidi niyə bağlanıb? – VİDEO

Sharing is caring!


Suraxanı rayonu, Əmircan qəsəbəsində İcra Hakimiyyətinin yaxınlığında yerləşən dəmir yolu xəttinin qarşısı beton daşlarla kəsilib.

Sakinlər bildiriblər ki, sözügedən ərazidə daşların qoyulması gediş-gəlişə mane olur, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır:

“Əvvəl yol açıq idi, gediş-gəliş rahat idi. Daşların düzülməsi düzgün deyil, təcili tibbi yardım keçə bilmir, yolu fırlanmağa məcbur olur”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan dəmir yolu keçidində beton daşlar uzun illərdir mövcuddur:

“Beton daşlar sözügedən keçiddə çoxsaylı qəzalar olması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qoyulub”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir